Həyat yoldaşından ayrıldığı deyilən Aynur Dadaşova ilk dəfə danışdı:


Şou-biznes 13 İyn 2019 20:09:00 290 0

Həyat yoldaşından ayrıldığı deyilən Aynur Dadaşova ilk dəfə danışdı:

Tanınmış müğənni Aynur Dadaşova Aznews.az saytına müsahibə verib.

Son.az həmin müsahibəni təqdim edir:

- Aynur xanım, fasilədən sonra yenidən sənətinizə davam edirsiniz. Konsert verməyi düşünürsünüz?

- Konsertlərimin sayı-hesabı yoxdur. Amma Heydər Əliyev adına Sarayda hesabat konserti vermək istəyirəm. Bu, mənim ən böyük arzumdur. Təbii ki, bunun üçün maliyyə lazımdır. İnşallah, bu arzumu həyata keçirmək üçün çalışıram.

- Bir neçə yeni mahnı təqdim etdiniz. Hazırda yeni mahnı üzərində işləyirsiniz?

- Bu il ərzində altı yeni mahnı ifa etdim. Hazırda yay mövsümünə uyğun ritmik bir mahnı üzərində işləyirəm. Son zamanlar Müşərrəf Bakinskinin mahnılarını ifa edirəm. Çünki sözləri və musiqisi gözəldir. Gənclərin zövqünə uyğundur.

- Sənətinizə fasilələrlə gəlib-gedirsiniz, 6 il ara verdiniz. Bununla belə 2017-ci ildə getdiniz və bu il yenidən gəldiniz. Bu qədər fasilələrə baxmayaraq unudulmursunuz...

- Bəli, bu, mənim xoşbəxtliyimdir. Müğənni çoxdur. Xarakterimə, səmimi olduğuma görə, hər kəs məni çox sevir. Özümü lovğa aparmıram. Eləcə də o tip insanları sevmirəm. Məni ucaldan insanlardır. Ulduzluq xəstəliyinə tutulmaq düzgün deyil.

- Səhnədən gedən zaman ümumiyyətlə şou-biznesdən uzaqlaşırsınız? Hansısa müğənni ilə əlaqə saxlayırsınız?

- Ümumiyyətlə, sənətdə, həyatda rəfiqəm yoxdur. Rəfiqəm anam, bacım olub.

- Duet ortağınız Niyam Səlami konsertinə getmədiyinizə görə sizdən incidiyini qeyd etmişdi. Hazırda münasibətiniz necədir?

- Niyam Səlami çox gözəl insandır. Hərdən onun əsəbləri çox gərgin olur. Anası xəstələnir, rayona gedir və s. Bütün günü işləyir. Bu sənətin çətinlikləri çoxdur. Hərdən mən də yorğun oluram. Görürsən ki, işçilərimə deyirəm bu, belə olmalıdır və s. Dediyim kimi Niyamın çox gözəl qəlbi var, amma əsəbi halları da olur. Qışqıra-qışqıra danışmağı var. Onunla bütün günü danışırıq, yox. Çəkilişlərdə, konsertlərdə qarşılaşırıq.

- Aynur xanım, düşünürsünüz ki, sənətinizə fasilə verməsəniz, daha öndə olarsınız...

- Hər şey Allahın qismətidir. Allah belə etdi ki, 6 il kənarda dur, hörmətli qal. Bəlkə də 6 il fasilə verməsəm, belə hörmətli olmazdım.

- Sənətdən uzaqlaşan zaman şou-proqramlardan da imtina edirsiniz?

- Bir müddət əvvəl xarici ölkədə yaşadım. Dəvətlər olurdu, bilirdilər ki, Aynura bu qədər pul təklif edilib, amma getməyib. Yəni ki, şou-proqramlara getmirdim. Çox istirahət edəndə sənətdən soyuyuram. İşləyəndə də bütün gün işləyirəm. İnsan hərdən hər şeydən yorulur. Gərək dayanmayasan, daim üzərində işləyəsən. Heç bir zaman evimlə, var-dövlətimlə öyünən insan olmamışam. Daim sadə insan olmağa çalışıram. Telefonuma belə özüm cavab verirəm, səhnədə və işim olan zaman istisna olmaqla. Ulduzam, zənglərə cavab vermirəm və s. haqda heç zaman düşünmürəm.

- Bir çox həmkarlarınızın zənglərinə köməkçiləri cavab verir...

- Bəzi sənətçilər elə bilirlər ki, belə edəndə hörmətli olurlar. Amma belə deyil, əksinə hörmətdən düşürlər. Çünki sənə dəyər verən insanlara sən də dəyər verməlisən.

- Səhnəyə yenidən gələrkən sizi qısqanan və səhnəyə gəlişinizdən narahat olan həmkarınız oldu?

- Məndə heç zaman qısqanclıq yoxdur. Amma sənət aləmində məni qısqananlar çoxdur. Onların sırasında aparıcı da var. Bir baxışdan görürsən ki, səni istəmir. Həmin insanı öpüb qucaqlayıram.

- Biz sənətdən ailənizə görə uzaqlaşdığınızı bilirik. Sənətdən uzaqlaşmağınıza konkret səbəb nədir?

- Oğlum bir dəfə mənə dedi ki, heç yerə getmə, darıxdıq. Övladımın sözü və eləcə də yorğunluğum sənətdən uzaqlaşmağıma səbəb oldu. Düşündüm ki, övladıma çox vaxt ayırmıram, qayğı göstərə bilmirəm. Sırf işlə məşğul olanda ev yaddan çıxır. Nə olur-olsun, övladımıza vaxt ayırmalıyıq. Qızımı belə hazırlığa özüm aparıram. Axşam konsertə gedəcəm. Tək canıma bu qədər işləri necə görüm? Evdə köməkçi xanım da var.

- Neçə övladınız var?


Xəbərə aid fotolar