Dini Komitənin sədr müavini: Təhsil və dini biliklər paralel çatdırılmırsa, xurafatın yayılması qaçılmazdır


Digərləri 13 İyn 2019 20:02:00 186 0

Dini Komitənin sədr müavini: Təhsil və dini biliklər paralel çatdırılmırsa, xurafatın yayılması qaçılmazdır

Hansısa cəmiyyətdə təhsil və dini biliklər paralel şəkildə insanlara çatdırılmırsa, xurafatın yayılması qaçılmazdır.

Bakı. Elçin Mehdiyev - Hansısa cəmiyyətdə təhsil və dini biliklər paralel şəkildə insanlara çatdırılmırsa, xurafatın yayılması qaçılmazdır. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xocalı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda olan tədbirdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov deyib. Onun sözlərinə görə, yad dini ideologiyaların təsiri altına düşənlərin dini bilgilərinin zəif olması ehtimalı böyükdür. Bu baxımdan, gənclərə dinlər haqqında ümumi məlumatların verilməsi, müqəddəs kitabların mahiyyətinin izah edilməsi olduqca vacibdir. Sədr müavini dini-mənəvi biliklərin düzgün aşılanması və mahiyyətinin dərk edilməsi mövzusunun gənclər üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.