Prokuror paytaxtda tanışını güllələyən şəxsə 10 il cəza istədi


Kriminal 13 İyn 2019 19:39:00 233 0

Prokuror paytaxtda tanışını güllələyən şəxsə 10 il cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Elnur Əliyevin cinayət işi üzrə proses davam edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 9-dan 10-na keçən gecə Bakı şəhəri Nəsimi rayonu ərazisində baş verib.

Rayonun Mərdanov qardaşları küçəsində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yaşayan E.Əliyev binanın girişində tanışı Namiq Nəcəfova ov tüfəngindən atəş açıb. Ağır yaralanan N.Nəcəfov xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

E.Əliyev cinayəti törətdikdən sonra hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanları əməkdaşları onu saxlayıblar.