Ekvadorda dünyanın ən iri qızılgümüş yatağı aşkar edilib


Dünya 13 İyn 2019 19:29:00 212 0

Ekvadorda dünyanın ən iri qızılgümüş yatağı aşkar edilib

Ekvadorun şimalında dünyanın ən iri qızıl, gümüş və mis yataqlarından biri aşkar edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, İmbabura əyalətindəki "Alpala" yatağı gümüş ehtiyatlarına görə dünyada birinci, qızıl ehtiyatlarına görə üçüncü və mis ehtiyatlarına görə altıncı yerdədir.

Qeyd olunur ki, yataqda 10,9 milyon ton mis və 23 milyon unsiyadan çox qızıl ehtiyatları var.

"Alpala" yatağının işlənməsi 70 ilədək davam edə bilər.