YENİLİK! Elektron qaiməfaktura və vergi hesabfakturaları birləşdiriləcək


Digərləri 13 İyn 2019 18:49:00 205 0

YENİLİK! Elektron qaiməfaktura və vergi hesabfakturaları birləşdiriləcək

"Vergilər Nazirliyi yaxın gələcəkdə elektron qaimə-fakturalarla vergi hesab-fakturalarının vahid sənəd halında birləşdirməyi nəzərdə tutur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov deyib.

Baş direktorun sözlərinə görə, bu yenilik reallaşdıqdan sonra elektron qaimə-fakturaların üzərində "Elektron vergi hesab-fakturası" yazılmayacaq.

O bildirib ki, belə bir təşəbbüs sahibkarlarla keçirilən görüşlərin nəticəsində ortaya çıxıb: