YENİLİK! Elektron qaimə-faktura və vergi hesab-fakturaları birləşdiriləcək


Digərləri 13 İyn 2019 18:27:00 228 0

YENİLİK! Elektron qaimə-faktura və vergi hesab-fakturaları birləşdiriləcək

Vergilər Nazirliyi yaxın gələcəkdə elektron qaimə-fakturalarla vergi hesab-fakturalarının vahid sənəd halında birləşdirməyi nəzərdə tutur.

Bakı. Vergilər Nazirliyi yaxın gələcəkdə elektron qaimə-fakturalarla vergi hesab-fakturalarının vahid sənəd halında birləşdirməyi nəzərdə tutur. Trend-in məlumatına görə, bunu Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov deyib. Baş direktorun sözlərinə görə, bu yenilik rolduqdan sonra elektron qaimə-fakturaların üzərində "Elektron vergi hesab-fakturası" yazılmayacaq. O bildirib ki, belə bir təşəbbüs sahibkarlarla keçirilən görüşlərin nəticəsində ortaya çıxıb: