Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlıq coğrafiyasını genişləndirir


Digərləri 13 İyn 2019 18:07:00 276 0

Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlıq coğrafiyasını genişləndirir

Hazırda Azərbaycanda qida təhlükəsizliyi sahəsində analizlərin keçirilməsi üçün 21 laboratoriya fəaliyyət göstərir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakıda keçirilən beşinci Aİ-Azərbaycan biznes forumunda deyib.

Onun sözlərinə görə, bu laboratoriyalardan altısı Abşeronda, 15-i regionlarda yaradılıb.

Assosiasiya sədri qeyd edib ki, agentlik iki ölkə ilə əməkdaşlıq sazişi imzalayıb, daha 11 ölkə ilə bununla bağlı danışıqlar aparılır.