Dünyanın 15 universitetindən Kamilə dəvət gəlib


Digərləri 13 İyn 2019 17:59:00 210 0

Dünyanın 15 universitetindən Kamilə dəvət gəlib

160 nömrəli Klassik Gimnaziyanın XI sinfində oxuyan Kamil Məhərrəmov dünyanın 15 universitetindən təhsil almaq üçün dəvət alıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, vunderkind olaraq tanınan Kamil bu ilə kimi də bir çox nailiyyətlər qazanıb, ilklərə imza atıb. 

O, Azərbaycanda 6 fənn üzrə olimpiadalarda ilk üçlüyə daxil olan yeganə şagirddir. V sinifdən olimpiadalarda iştirak etməyə başlayan Kamilin Beynəlxalq Multikulturalizm olimpiadasında rusca yazdığı esse 150 000 yazı arasında I yerə layiq görülüb.

Uğurlarından sonra o bir çox məktəbə dəvət alır. Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin qəbul imtahanında  iştirak edir və 50 baldan 49-u toplayıb ingilis bölməsinə düşür. Və bu nəticə ilə o, 20 ildən çox fəaliyyət göstərən məktəbdə ingilis bölməsində tam təqaüdlə pulsuz oxuyan yeganə şagird olur.

Kamil Məhərrəmov deyir ki, heç vaxt bir şeyi 2 dəfə oxumur:

"Hər mövzunu 1 dəfə oxuyur, növbəti dəfə ötəri baxıram. Amma heç vaxt təkrarlamıram. 2-ci dəfə oxumaq insanda natamamlıq yaradır".


Xəbərə aid fotolar