Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlıq coğrafiyasını genişləndirir


Digərləri 13 İyn 2019 17:53:00 191 0

Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlıq coğrafiyasını genişləndirir

Hazırda Azərbaycanda qida təhlükəsizliyi sahəsində analizlərin keçirilməsi üçün 21 laboratoriya fəaliyyət göstərir

Bakı. Sara İsrafilbəyova - Hazırda Azərbaycanda qida təhlükəsizliyi sahəsində analizlərin keçirilməsi üçün 21 laboratoriya fəaliyyət göstərir. Trend-in məlumatına görə, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Bakıda keçirilən beşinci Aİ-Azərbaycan biznes forumunda deyib. Onun sözlərinə görə, bu laboratoriyalardan altısı Abşeronda, 15-i regionlarda yaradılıb. Assosiasiya sədri qeyd edib ki, agentlik iki ölkə ilə əməkdaşlıq sazişi imzalayıb, daha 11 ölkə ilə bununla bağlı danışıqlar aparılır.