Kiçik və orta sahibkarlıq sahəsinə xarici investor 10 milyon dollar sərmayə yatıracaq


Digərləri 13 İyn 2019 16:57:00 43 0

Kiçik və orta sahibkarlıq sahəsinə xarici investor 10 milyon dollar sərmayə yatıracaq

Birləşmiş Ərəb Əmirliklərinin "Omni World Holdings Limited" şirkəti Azərbaycanda kiçik və orta biznes (KOB) sahəsində potensial layihələrin reallaşdırılmasına investisiya yatıracaq.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və "Omni World Holdings Limited"in nümayəndələri arasında görüş keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib.

Görüş çərçivəsində KOBİA və "Omni World Holdings Limited" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "Omni World Holdings Limited"in sədri Erik Alfred Şayer imzalayıblar.

Sənədə əsasən, "Omni World Holdings Limited" ölkəmizdə turizm, kənd təsərrüfatı, informasiya texnologiyaları, səhiyyə sahələri daxil olmaqla iqtisadiyyatın müxtəlif sektorlarında potensial layihələrin reallaşdırılmasına investisiya yatıracaq. "Omni World Holdings Limited" tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq sahəsində həyata keçiriləcək layihələrə ilkin olaraq 10 milyon ABŞ dolları həcmində investisiyanın yatırılması nəzərdə tutulur.

Ümumiyyətlə, Anlaşma Memorandumuna əsasən, KOBİA və "Omni World Holdings Limited" KOB-ların təşviqi üçün dəstək tədbirlərinin həyata keçirilməsi, müvafiq qurumların əlaqələndirilməsi və maliyyə xidmətləri sahəsində əməkdaşlıq, qarşılıqlı faydalı layihələr, ən yaxşı texnologiyalar və biznesin idarə edilməsi sahəsində yeniliklər barədə məlumatlandırma, KOB-lar arasında əməkdaşlığı gücləndirmək üçün seminar, sərgi və digər təşviqat tədbirlərinin təşkili kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov: "Azərbaycan Respublikası Prezidentinin məqsədyönlü islahatları nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb. Xarici investorların cəlb edilməsi ümumilikdə iqtisadiyyatın şaxələndirilməsi, o cümlədən kiçik və orta biznesin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir".

"Omni World Holdings Limited"in sədri Erik Alfred Şayer: "Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılıb, kiçik və orta sahibkarlığın inkişafına xüsusi önəm verilir və bu sahədə müxtəlif tədbirlər həyata keçirilir. "Omni World Holdings Limited" Azərbaycanda KOB sahəsində layihələrin reallaşdırılmasında maraqlıdır və bu sahədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlıq edəcəyik".

Son.az 

"Unibank" müştərisi lotereyada Santoriniyə səyahət paketi qazandı like
  • 13 İyn 16:54  
Digərləri "Unibank" müştərisi lotereyada Santoriniyə səyahət paketi qazandı

“Unibank”ın “Bahar lotereyası”nın ikinci (sonuncu) tirajının qalibl

arrow Ətraflı
Rostovdan Bakıya birbaşa aviareys açılır like
  • 13 İyn 16:54  
Digərləri Rostovdan Bakıya birbaşa aviareys açılır

"İrAero" aviaşirkəti Rostovdan Bakıya və əks istiqmətdə birba

arrow Ətraflı
Qara Qarayev prospektində yol nişanları quraşdırıldı: like
  • 13 İyn 16:49  
Digərləri Qara Qarayev prospektində yol nişanları quraşdırıldı:

Bakının Nizami rayonu, Qara Qarayev prospektində dayanma və durma nişanlar

arrow Ətraflı
Eldar da şoubiznesin bu trendinə qoşuldu like
  • 13 İyn 16:44  
Şou-biznes Eldar da şoubiznesin bu trendinə qoşuldu

"Eurovision 2011" qalibi Eldar Qasımov arxiv görüntülərini payla

arrow Ətraflı
“Körpünün altına gəl...” like
  • 13 İyn 16:39  
Kriminal “Körpünün altına gəl...”

Sabirabad rayonunda həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən 1

arrow Ətraflı
Aİ Azərbaycanda əlil uşaqların idmana cəlbinə dəstək verəcək like
  • 13 İyn 16:36  
Digərləri Aİ Azərbaycanda əlil uşaqların idmana cəlbinə dəstək verəcək

Bu gün Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avro

arrow Ətraflı
Keşlə-dən Sumqayıt-a keçdi like
  • 13 İyn 16:35  
İdman Keşlə-dən Sumqayıt-a keçdi

2019-2020 mövsümü üçün transfer ç

arrow Ətraflı
“Məni 7 saat döydü, huşumu itirdim...” like
  • 13 İyn 16:34  
Digərləri “Məni 7 saat döydü, huşumu itirdim...”

"Çağrı mənim sevgilimdir. Onunla iki il əvvəl tanış olmuşuq. Bir i

arrow Ətraflı
Kamikadze özünü partlatdı - 8 ölü like
  • 13 İyn 16:31  
Digərləri Kamikadze özünü partlatdı - 8 ölü

Əfqanıstanın Cəlalabad şəhərində partlayış törədilib

arrow Ətraflı
Bakıda yetkinlik yaşına çatmayan hamilə qızı əri döydü like
  • 13 İyn 16:29  
Kriminal Bakıda yetkinlik yaşına çatmayan hamilə qızı əri döydü

Bakıda yetkinlik yaşına çatmayan qızı əri döyüb. 

arrow Ətraflı