İbrahimoviç MLS tarixinin ən yüksək ödənişli futbolçusuna çevrildi


İdman 13 İyn 2019 16:52:00 314 0

İbrahimoviç MLS tarixinin ən yüksək ödənişli futbolçusuna çevrildi

Los-Angels Galaxy-nin hücumçusu Zlatan İbrahimoviç MLS tarixinin ən yüksək ödənişli futbolçusuna çevrilib.

Goal.az xəbər verir ki, isveçli forvard buna yeni müqavilə ilə nail olub.

Belə ki, mövsümün əvvəlində yeni 1 illik sazişə qol çəkən 37 yaşlı superulduzun illik məvacibi 7,2 milyon dollara yüksəldilib. Bununla o, Toronto-nun hücumçusu Sebastyan Covinkonun 7,1 milyon dollarlıq maaşını geridə qoyub.

Qeyd edək ki, Zlatan İbrahimoviç cari mövsüm 12 oyunda 11 qola imza atıb.