"Unibank" müştərisi lotereyada Santoriniyə səyahət paketi qazandı


Digərləri 13 İyn 2019 16:54:00 183 0

"Unibank" müştərisi lotereyada Santoriniyə səyahət paketi qazandı

“Unibank”ın “Bahar lotereyası”nın ikinci (sonuncu) tirajının qalibləri artıq müəyyən edilib.

Bakı. “Unibank”ın “Bahar lotereyası”nın ikinci (sonuncu) tirajının qalibləri artıq müəyyən edilib. Bankdan Trend-ə verilən məlumata görə, qaliblər tiraj komissiyasının iştirakı ilə xüsusi kompüter proqramı vasitəsilə seçilib. Fazil Canayev tirajın əsas mükafatının - Yunanıstanın Santorini adasında 2 nəfərlik 6 gecə/7 gün, 5 ulduzlu otel və səhər yeməyinin də daxil olduğu səyahət paketinin sahibi olub. Fazil Canayev deyir ki, uzun illərdir Unibankın müştərisidir: “5 ildən çoxdur ki, Unibank kartlarından istifadə edirəm və müştərilərə göstərilən xidmətdən çox razıyam. Lotereyadan xəbər tutanda, uduş şanslarımın çox olması üçün maksimum çalışdım ki, bütün alış-verişlərimi, ödənişlərimi Albalı debet kartımla edim. Səyahət paketini qazanmağı arzulayırdım, bununla belə bankdan zəng edib deyəndə ki, qalib siz olmusunuz, çox böyük sürpriz oldu. Bu, mənim ilk lotereya uduşum olsa da, çox dəyərli və ailəmizə sevinc yaşadan bir hədiyyə oldu. Müştərilərinə tez-tez belə gözəl sürprizlər etdiyi və daim yüksək bank xidmətləri göstərdiyi üçün “Unibank”a təşəkkürümü bildirərəm”. Xalidə Xudayarova isə lotereyada 1000 manat pul mükafatı qazanıb. Müştəri bildirir ki, alış-verişlərinin əksəriyyətini Albalı debet kartı ilə edir: “Albalı kartı həm sərfəlidir, həm də xərclərimə nəzarət etməyimə imkan verir. Bu mənim həyatımda ilk lotereya uduşudur. İnanıram ki, “Unibank”ın bu xoş sürprizi həyatımda bundan sonra qəfil və gözəl hədiyyələrin başlanğıcı olacaq”. Xəyal Ağayev də lotereyada yüksək məbləğdə pul uduşunu qazanan Unibank müştərilərindən biridir: “Uzun illərdir Unibank müştərisiyəm. Albalı kredit kartından istifadə edirəm. Demək olar ki, bütün alış-verişlərimi, kommunal ödənişlərimi Albalı ilə edirəm. Güzəşt müddətli olduğundan, çox sərfəlidir. Çox şadam ki, xidmətindən hər zaman razı olduğum bankım, məni bu dəfə də sevindirdi - lotereya qalibi oldum. Unibank müştərisi olmaq, həyatında hər zaman xoş sürprizlərin olması deməkdir”.