Diplomların tanınması ilə bağlı müraciətlərə baxılma prosesi müvəqqəti dayandırılır


Digərləri 13 İyn 2019 16:24:00 229 0

Diplomların tanınması ilə bağlı müraciətlərə baxılma prosesi müvəqqəti dayandırılır

Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən avqustun 31-dək müvəqqəti olaraq dayandırılacaq.

Bakı. İlhamə İsabalayeva - Xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə müraciətlərə baxılması prosesi iyulun 1-dən avqustun 31-dək müvəqqəti olaraq dayandırılacaq. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, buna səbəb 2018-2019-cu tədris ilinin başa çatması ilə əlaqədar yay aylarında xarici ali təhsil müəssisələrinin və aidiyyəti qurumların əksəriyyətinin fəaliyyət göstərməməsi, eyni zamanda müvafiq proqram təminatında həyata keçirilən təkmilləşdirmə işləri ilə bağlıdır. Müraciətlərə baxılması sentyabrın 1-dən etibarən növbəlilik prinsipi əsasında davam etdiriləcək.