Əli Əhmədov: Biz bundan sonra da böyük bir inkişafın astanasında dayanmışıq


Digərləri 13 İyn 2019 16:12:00 199 0

Əli Əhmədov: Biz bundan sonra da böyük bir inkişafın astanasında dayanmışıq

Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəni xaosa, anarxiyaya sürükləyən, parçalanma təhlükəsi ilə üz-üzə qoyanlar bu gün ölkəmizə böhtanlar atmaqla, reallıqları təhrif etməklə Azərbaycanın gənc vətəndaşlarında ölkəmizə uyğun gəlməyən təsəvvür yaratmağa çalışırlar.

Bakı. Elçin Mehdiyev - Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəni xaosa, anarxiyaya sürükləyən, parçalanma təhlükəsi ilə üz-üzə qoyanlar bu gün ölkəmizə böhtanlar atmaqla, reallıqları təhrif etməklə Azərbaycanın gənc vətəndaşlarında ölkəmizə aid olmayan təsəvvür yaratmağa çalışırlar. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov vurğulayıb ki, Azərbaycanın hansı məşəqqətlərdən keçərək bu günə gəlib çıxdığı heç vaxt unudulmayacaq. Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda inkişaf mərhələlərlə gedir: “İnsanların həyatı əhəmiyyətli dərəcədə dəyişir. Eyni zamanda biz bundan sonra da böyük bir inkişafın astanasında dayanmışıq. Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev bu il bir çox sərəncamlar imzalayıb. Azərbaycan hökumətinin gündəliyində bundan sonra da insanların sosial rifahının yaxşılaşdırılması durur”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin