SOCAR-la AMEA birgə sürtkü yağları və digər istehlak məhsulları istehsal edir


Digərləri 13 İyn 2019 16:02:53 252 0

SOCAR-la AMEA birgə sürtkü yağları və digər istehlak məhsulları istehsal edir

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri AMEA Yüksək Texnologiyalar Parkında olublar

Bakı. SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri AMEA Yüksək Texnologiyalar Parkında olublar. Trend-in məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə bildirib ki, Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb və burada müxtəlif təyinatlı innovativ müəssisələr fəaliyyət göstərir. SOCAR rəhbərliyi ilk növbədə AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin fəaliyyəti ilə tanış olub. Bildirilib ki, “AMEA Təcrübə -Sənaye Zavodu” SOCAR ilə əməkdaşlıq çərçivəsində öz xammal təchizatının bir hissəsini Heydər Əliyev adına Neft Emalı Zavodunun vasitəsi ilə həyata keçirir. Azərbaycanda yüksək keyfiyyətli sürtkü yağları, antikorroziya vasitələri, dizel mühərrik yağları, transmissiya yağları, yanacaq qatqıları, qazma məhlulları kimi müxtəlif çeşidli məhsulları istehsal edən MMC-lər bununla SOCAR-ın dəyər zəncirinin son istehlak məhsullarına çevrilməsində iştirak edirlər.