Müəmmalı hadisə: 2 gəmi partladıldı...


Dünya 13 İyn 2019 16:00:00 230 0

Müəmmalı hadisə: 2 gəmi partladıldı...

Oman dənizindəki neft tankerlərində partlayış baş verib.

Son.az publika.az-a istinadən xəbər verir ki, İngiltərə ordusunun Böyük Britaniya Dəniz Ticarəti Əməliyyatları qurumuna aid Marşall adaları bayraqlı "Front Altair" və Panama bayraqlı "Kokuka Courageous" adlı tankerlər anidən partlayıb.

Hadisədən dərhal sonra körfəz ətrafındakı ölkələrə təcili yardım çağırışı edilib. Ancaq tankerlərdən bir batmağa başlayıb. Tankerlərin canlı qüvvəsi təxliyə edilib. Onların vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Patlayışın səbəbi, hələ ki, bilinmir.

ABŞ donanmasının beşinci alayı bölgədə gerçəkləşən hadisələrdən xəbərdar olduqlarını və lazımi dəstəyi verəcəklərini açıqlayıb.

Mərkəzi Tayvanda yerləşən CPC də eyni bölgədə onlara aid bir tankerin naməlum cisim tərəfindən hücuma məruz qaldığını elan edib. Olaydan sonra gəminin 21 nəfərlik heyəti təxliyə olunub.


Xəbərə aid fotolar