Milan milli üzvünü transfer edir


İdman 13 İyn 2019 15:50:00 250 0

Milan milli üzvünü transfer edir

Sassuolo-nun yarımmüdafiəçisi Stefano Sensi komandasını dəyişir.

Goal.az-ın məlumatına görə, 24 yaşlı futbolçu Milan-a keçir.

İtaliya millisinin üzvü ilə hərtərəfli razılıq əldə edən "rossonyerlər" Sassuolo ilə danışıqlara başlayıb. Klubu bu keçiddən 20 milyon avro gəlir əldə etmək istəyir. Tərəflər arasında yaxın günlərdə razılığın əldə olunması gözlənilir.

Qeyd edək ki, Stefano Sensi 2016-cı ildən Sassuolo-da çıxış edir.