Bakıda əcnəbi vətəndaşı soyan şəxslər saxlanılıblar


Digərləri 13 İyn 2019 15:49:00 214 0

Bakıda əcnəbi vətəndaşı soyan şəxslər saxlanılıblar

Bakıda əcnəbi vətəndaşı soyan şəxslər saxlanılıblar

Bakı. Bakıda əcnəbi vətəndaşı soyan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də əcnəbi vətəndaş F.Karamanın içərisində 200 manat və pasport olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Masallı rayon sakini E.İbadzadə və Şuşa şəhər sakini O.Məmmədov saxlanılıb. Araşdırma aparılır.