Biznes mərkəzi təxliyə edildi


Dünya 13 İyn 2019 15:42:00 237 0

Biznes mərkəzi təxliyə edildi

Rusiyanın paytaxtı Moskvanın mərkəzində "Borodino Plaza" biznes mərkəzində insanlar təxliyə olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb mərkəzdə baş vermiş qısaqapanma olub.

Qeyd olunur ki, biznes mərkəzində yanğın başlayıb. Yanğının qarşısı qısa müddətdə alınıb.

Binada olanlar vaxtında oranı tərk edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.