Agentlik: "Yanardağ"da ibtidai icma dövrünə aid mağaralar, bulaqlar, palçıq vulkanı, pir də var (FOTO)


Digərləri 13 İyn 2019 15:31:41 230 0

Agentlik: "Yanardağ"da ibtidai icma dövrünə aid mağaralar, bulaqlar, palçıq vulkanı, pir də var (FOTO)

Bu gün Dövlət Turizm Agentliyi "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və TəbiətQoruğuna jurnalistlərin media turunu təşkil edib.

Bakı. İlhamə İsabalayeva - Bu gün Dövlət Turizm Agentliyi "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna jurnalistlərin media turunu təşkil edib. Trend-in məlumatına görə, Dövlət Turizm Agentliyinin rəsmisi Elşən Mustafayev jurnalistlərə bildirib ki, həm tarix mədəniyyət nümunələrinin, həm də təbiət abidələrinin qorunduğu bir qurum olan "Yanardağ" qoruğu 2007-c ildə Prezidentin sərəncamı ilə yaradılıb. E.Mustafayev qeyd edib ki, qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bu abidələrə “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sanduqələrlə zəngin iki qəbiristanlıq, müalicəvi kükürdlü su bulaqları, hələ də aktiv olan Qırməki palçıq vulkanı, Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir: