Azərbaycanda 5 km 100 m uzunluqda dövlət bayrağı hazırlanıb (FOTO)


Digərləri 13 İyn 2019 15:04:00 166 0

Azərbaycanda 5 km 100 m uzunluqda dövlət bayrağı hazırlanıb (FOTO)

Azərbaycan sərhədçiləri 15 iyun - “Milli Qurtuluş gü­nü”nün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər.

Bakı. Azərbaycan sərhədçiləri 15 iyun - “Milli Qurtuluş gü­nü”nün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər. Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, bu münasibətlə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möh­təşəm bay­raq yürüşü təşkil edilib. Dövlət müstəqilliyimizin rəmzi və hər bir azər­baycanlının qü­rur mən­bəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayra­ğımızı irəlidə generallar və zabitlər olmaqla 5000 nə­fər­ heyət çiyinləri üzərində daşıyıblar. Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sər­hədçi süvariləri mü­qəddəs döv­lət bay­rağımızı başları üzərində ucaldıblar. Yürüş boyu yerləşdirilmiş zirehli döyüş tex­­ni­­ka­larında dövlət bay­rağının dalğalan­dırılması, bayrağımızdakı səkkiz gu­şəli ulduzu tərən­nüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib. Bu bayraq yürüşü ilə Azərbaycan sərhədçiləri dahi öndər Heydər Əliyevin uca xati­rə­sinə və milli dövlətçilik ənənə­lə­rinə sadiq olduqlarını, Prezi­dent İlham Əliyevin Ali Baş Ko­mandanlığı altında xidmət etmək şərəfinin ya­rat­dığı qürur və ifti­xar hisslərini nümayiş etdiriblər.