Binəqədidə daha bir ərazidə güclü yanğın başladı


Digərləri 13 İyn 2019 15:07:14 189 0

Binəqədidə daha bir ərazidə güclü yanğın başladı

Bakının Binəqədi rayonunda yanğın başlayıb.

Bakı. Samir Əli - Bakının Binəqədi rayonunda yanğın başlayıb. Trend-in məlumatına görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, yanğın hadisəsi qəsəbə ərazisindəki zibillikdə başlayıb. Hazırda hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınsa da, ərazidə alovun tam söndürülməsi hələlik mümkün olmayıb.