Çin şirkəti Azərbaycan gömrüyü ilə işgüzar əlaqələr qurmaq istəyir


Digərləri 13 İyn 2019 14:35:14 182 0

Çin şirkəti Azərbaycan gömrüyü ilə işgüzar əlaqələr qurmaq istəyir

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Nuctech" şirkətinin vitse-prezidenti San Şanqmin ilə görüşüb.

Bakı. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev "Nuctech" şirkətinin vitse-prezidenti San Şanqmin ilə görüşüb. Komitədən Trend-ə verilən məlumata görə, görüş Bakı şəhərində, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi çərçivəsində baş tutub. Azərbaycan gömrüyünün informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verdiyini qeyd edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər gömrük sistemində həyata keçirilən mütərəqqi islahatlar hesabına bu sahədə mühüm nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Komitə sədri Azərbaycan gömrük orqanlarının tamamilə kağızsız texnologiyalar əsasında fəaliyyət göstərdiyini bildirib, informasiya texnologiyalarının geniş şəkildə tətbiqi hesabına gömrük rəsmiləşdirilməsinin sadə və sürətli şəkildə həyata keçirilməsinin, ticarətin və sərhədkeçmə proseslərinin asanlaşdırılmasının və şəffaflığın təmin olunduğunu vurğulayıb. O da qeyd olunub ki, Azərbaycan gömrük orqanlarının informasiya texnologiyalarının tətbiqi ilə bağlı bir sıra layihələrindən dünyanın müxtəlif ölkələrinin gömrük orqanları yararlanır. Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin bu sahədə əməkdaşlığa, təcrübə mübadiləsinə xüsusi önəm verdiyini və "Nuctech" şirkəti ilə əməkdaşlığın da hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.