Bu bazar daha 32 827 şagird buraxılış imtahanı verəcək


Digərləri 13 İyn 2019 14:29:41 47 0

Bu bazar daha 32 827 şagird buraxılış imtahanı verəcək

İyunun 16-da IX sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi keçiriləcək

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) 16 iyun 2019-cu il tarixində 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 9-cu sinif şagirdləri üçün buraxılış imtahanlarının ikinci mərhələsini keçirəcək. DİM-dən Trend-ə verilən məlumata görə, imtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 33 şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib. Həmin gün ümumilikdə 32 827 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. İmtahan saat 11:00-da başlanır. İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - “İmtahana buraxılış vərəqəsi”; - şəxsiyyəti təsdiq edən sənədin əslini:
Abşeron və Bakının kurortları - Yay istirahəti üçün MDB-nin ən yaxşı 5-liyi arasında like
  • 13 İyn 14:24  
Digərləri Abşeron və Bakının kurortları - Yay istirahəti üçün MDB-nin ən yaxşı 5-liyi arasında

"TurStat" analitik agentliyi Rusiya turistlərinin yay istirahəti üçün Müst

arrow Ətraflı
Biznes mərkəzi təxliyə edildi like
  • 13 İyn 14:18  
Digərləri Biznes mərkəzi təxliyə edildi

Rusiyanın paytaxtı Moskvanın mərkəzində “Borodino Plaza” biznes mərk

arrow Ətraflı
Qobustanda dağlıq ərazi yanır like
  • 13 İyn 14:17  
Digərləri Qobustanda dağlıq ərazi yanır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Rostovdan Bakıya birbaşa aviareys açılır like
  • 13 İyn 14:13  
Digərləri Rostovdan Bakıya birbaşa aviareys açılır

"İrAero" aviaşirkəti Rostovdan Bakıya və əks istiqmətdə birbaşa reyslə

arrow Ətraflı
İş adamları AccessBank-ın biznes forumunun ənənəyə çevrilməsini arzulayır (FOTO) like
  • 13 İyn 14:08  
Digərləri İş adamları AccessBank-ın biznes forumunun ənənəyə çevrilməsini arzulayır (FOTO)

2019-cu ilin iyun ayının 11-də AccessBank-ın təşkilatçılığı ilə bizn

arrow Ətraflı
Qobustanda dağlıq ərazi yanır - FHN-nin helikopteri cəlb olunub like
  • 13 İyn 14:04  
Digərləri Qobustanda dağlıq ərazi yanır - FHN-nin helikopteri cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərin

arrow Ətraflı
Azərbaycanda biznes mühiti barədə beşillik hesabat hazırlanır like
  • 13 İyn 14:02  
Digərləri Azərbaycanda biznes mühiti barədə beşillik hesabat hazırlanır

Azərbaycan-Almaniya xarici ticarət palatası gələn il Azərbaycanda son beş

arrow Ətraflı
Lerikdə 2 otaqlı ev yanıb like
  • 13 İyn 14:02  
Digərləri Lerikdə 2 otaqlı ev yanıb

Lerikdə 2 otaqlı ev yanıb

arrow Ətraflı
Agentlik rəsmisi: "Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olsun" like
  • 13 İyn 13:57  
Digərləri Agentlik rəsmisi: "Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olsun"

Dövlət Turizm Agentliyi çimərliklərin fəaliyyəti ilə bağlı təkliflər

arrow Ətraflı
Şəkidə maşın aşdı - 4 nəfər yaralandı, sürücünün həyat yoldaşı öldü like
  • 13 İyn 13:55  
Digərləri Şəkidə maşın aşdı - 4 nəfər yaralandı, sürücünün həyat yoldaşı öldü

Şəki rayonunun Qayabaşı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş ve

arrow Ətraflı
Nəzakət Teymurova tanınmaz dərəcədə dəyişdi  FOTO like
  • 13 İyn 13:53  
Şou-biznes Nəzakət Teymurova tanınmaz dərəcədə dəyişdi FOTO

Xalq artisti Nəzakət Teymurovanın yeni fotosu yayılıb.

arrow Ətraflı
Xamneyi: ABŞ İranda quruluşu dəyişə bilməyəcək like
  • 13 İyn 13:50  
Digərləri Xamneyi: ABŞ İranda quruluşu dəyişə bilməyəcək

ABŞ İranda mövcud quruluşu dəyişə bilməyəcək

arrow Ətraflı
Yaqub Məmmədov Qulu Əsgərovun fəxri adını əlindən alıbmış? like
  • 13 İyn 13:48  
Kriminal Yaqub Məmmədov Qulu Əsgərovun fəxri adını əlindən alıbmış?

Əfsanəvi sənətkar Qulu Əsgərovun həyat yoldaşı Sevər Əliyeva İTV-yə

arrow Ətraflı
Azərbaycanlılar “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının qalibi seçilib like
  • 13 İyn 13:46  
Digərləri Azərbaycanlılar “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının qalibi seçilib

“Gələcəyə baxış” Avrasiya Patent Universiadası ( bilik yarışması)

arrow Ətraflı