Evinə və ofisinə lüks mebel və dizayn arzulayanlar üşün “DEMO Home” açıldı FOTO VİDEO


Digərləri 13 İyn 2019 14:15:00 562 0

Evinə və ofisinə lüks mebel və dizayn arzulayanlar üşün “DEMO Home” açıldı  FOTO  VİDEO

Bakıda "ARAN İNTERİOR" mebel şirkətinin sayca üçüncü - "DEMO Home" mağazasının açılışı olub. Son.az-ın məlumatına görə, Bakının Nizami rayonunda, Babək prospekti 2222, 31D ünvanında yerləşən "DEMO Home" mebel şourumu 3 mərtəbədən ibarətdir.

3 min kvadratmetr sahəni əhatə edən şourumun sıfırıncı mərtəbəsində ofis mebellərinin, birinci və ikinci mərtəbəsində isə ev mebeli və aksessuarlarının satışı həyata keçirilir.

Müasir işıqlandırma sistemi və genişliyi ilə diqqət çəkən "DEMO Home" şourumunda müştərilərə həm klassik, həm də yenilikçi mebel trendlərinin ən son nümunələri sərgilənir. Mağazada ayrı-ayrı otaqlar şəklində dizayn edilmiş göz oxşayan dizayn nümunələri müştərilərin özlərini evlərindəki kimi rahat hiss etməsinə hesablanıb.

Müasirliklə klassikanın özünəməxsus harmoniyasının yaradıldığı mebel mağazası interyer həvəskarlarının zövqünü oxşamağa iddialıdır. "DEMO Home" şourumunda sərgilənən mebellər dünyanın ən tanınmış brendlərinin istehsalıdır. "DEMO Home" mebel sənayesinin ən məşhur şirkətlərindən olan "Lutra", "Ersa", "Sit Dizayn", "RYO Home", "Fink Living", "Danca", "Uttermost" və s. məşhur brendlərlə partnyorluq edir. 


Xəbərə aid fotolar