Rostovdan Bakıya birbaşa aviareys açılır


Digərləri 13 İyn 2019 14:13:45 208 0

Rostovdan Bakıya birbaşa aviareys açılır

"İrAero" aviaşirkəti Rostovdan Bakıya və əks istiqmətdə birbaşa reysləri bərpa edəcək.

Bakı. "İrAero" aviaşirkəti Rostovdan Bakıya və əks istiqmətdə birbaşa reysləri bərpa edəcək. Trend-in məlumatına görə, reyslər iyulun 6-dan başlayaraq şənbə günləri həyata keçiriləcək. Uçuş vaxtının 2 saat çəkəcəyi qeyd edilir. "İrAero" aviaşirkətinın baş direktoru Yuriy Lapin bildirib ki, Bakı istiqamətində uçuşlar artıq ənənəvidir və tələbat var: "Hazırda biz Azərbaycanın paytaxtına Çelyabinsk və Orenburqdan uçuşlar təşkil edirik, iyunun 18-dən isə Yekaterinburqdan uçuşlar həyata keçirəcəyik".