İş adamları AccessBank-ın biznes forumunun ənənəyə çevrilməsini arzulayır (FOTO)


Digərləri 13 İyn 2019 14:08:00 164 0

İş adamları AccessBank-ın biznes forumunun ənənəyə çevrilməsini arzulayır (FOTO)

2019-cu ilin iyun ayının 11-də AccessBank-ın təşkilatçılığı ilə biznes forum keçirildi.

Bakı. 2019-cu ilin iyun ayının 11-də AccessBank-ın təşkilatçılığı ilə biznes forum keçirildi. Trend-in məlumatına görə, 200-dək iş adamının iştirakı ilə baş tutan tədbirdə vergi və gömrük sahələrinə dair aktual olan məsələlər ətrafında müzakirələr aparıldı. "Vergi" və "Gömrük" panellərinə qatılan qonaqlar suallarını AccessBank-ın əməkdaşları, bu sahələr üzrə ixtisaslaşmış ekspertlər, BİG-4 üzvü olan şirkət nümayəndələrinə ünvanlayıblar. Bununla yanaşı, biznes forum sahibkarlar üçün əlaqələrinin genişləndirilməsi baxımından faydalı platforma rolunu oynadı. Foruma qatılan sahibkarlar tədbiri yüksək qiymətləndirib, olduqca faydalı məlumatlar əldə etdiyini bildiriblər. Onların əksəriyyəti hesab edir ki, AccessBank bu tədbiri ənənəyə çevirməlidir. Belə düşünən qonaqlardan biri fərdi sahibkar Qoşqar Rüstəmovdur: "İlk növbədə AccessBank-a təşəkkür edirəm ki, iş adamları üçün belə bir fürsət yaratdı. Bildiyimiz kimi, son 2-3 il ərzində vergi və gömrük sahəsində qanunvericiliyə ciddi dəyişikliklər edildi. Bu baxımdan hesab edirəm ki, hətta ən məlumatlı sahibkar belə bu cür tədbirlərdə iştirak edərək faydalı məlumatlar əldə etmək imkanı qazanır. Tədbirdə sözün yaxşı mənasında gərgin diskussiyanın şahidi olduq. Bu tədbirdən öncə biz digər iş adamları ilə müzakirə apardıq və beynimizdə bir sual canlandı: bu qədər məsrəf AccessBank-a nə üçün lazımdır? Mənə elə gəlir ki, bu sualın cavabını tapmaq üçün AccessBank-ın səhmdarlarının siyahısına baxmaq kifayət edər. Başqa sözlə, AccessBank Asiya müdrikliyi və Avropa intizamı nümayiş etdirərək müştərilərinin maliyyə savadlılığını artırır".