"Nəsimi 650” Diaspor Gənclərinin II Yay Düşərgəsi iştirakçılarının seçimi başa çatıb


Digərləri 13 İyn 2019 13:39:00 254 0

"Nəsimi 650” Diaspor Gənclərinin II Yay Düşərgəsi
iştirakçılarının seçimi başa çatıb

Müraciət edənlərin içərisindən 110 gənc düşərgədə iştirak hüququ qazanıb.

Bakı. Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə 8-14 iyul 2019-cu il tarixlərində Şamaxı şəhərində keçiriləcək Diaspor Gənclərinin II Yay Düşərgəsinin iştirakçıları seçilib. Komitədən Trend-ə verilən məlumata görə, artıq ənənəvi hal almış düşərgədə iştirak üçün 51 ölkədən yüzlərlə gənc müraciət edib. Müraciət edənlərin içərisindən 110 gənc düşərgədə iştirak hüququ qazanıb. 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” olmasını nəzərə alaraq, dahi Azərbaycan mütəfəkkiri İmaməddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunan layihənin məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platformada birləşdirmək və Azərbaycanla daha yaxından tanış etməkdir. Düşərgə çərçivəsində Azərbaycanın tarixi və memarlıq abidələrini ziyarət, rəsmi və tanınmış şəxslərlə görüşlər, qrup müzakirələri, əyləncəli-maarifləndirici tədbirlərin təşkili nəzərdə tutulur.