Sabah-ın yay hazırlıq planında dəyişiklik edildi
İdman 13 İyn 2019 13:17:00 283 0
“Sabah”ın yay hazırlıq planında dəyişiklik edilib.
Goal.az xəbər verir ki, komanda Türkiyənin Bolu şəhərinə əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 16-da yox, iyulun 23-də yollanacaq. Türkiyə toplanışı avqustun 6-na kimi davam edəcək. Bu müddətdə 4 yoxlama görüşünün keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, komanda növbəti mövsümün hazırlığına iyunun 17-də başlayacaq. Təlim-məşq toplanışının ilk hissəsi Bakıda baş tutacaq. İyulun 22-dək davam edəcək hazırlığın bu mərhələsində 5 yoxlama oyununun keçirilməsi planlaşdırılıb.
Mənbə: goal.az