Nazir: "Azərbaycanda vergi islahatları müsbət nəticə verir"


Digərləri 13 İyn 2019 13:20:00 244 0

Nazir: "Azərbaycanda vergi islahatları müsbət nəticə verir"

Azərbaycanda vergi sahəsində keçirilən islahatlar səmərəlidir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Vergilər naziri Mikayıl Cabbarov Bakıda 5-ci Avropa İttifaqı-Azərbaycan biznes forumunda deyib.

Nazir qeyd edib ki, vergi öhdəliklərinin könüllü icra olunması artıb.

Onun sözlərinə görə, 2020-ci ilədək vergi qanunvericiliyinə mühüm dəyişikliklərin edilməsi planlaşdırılmır, amma bəzi texniki dəyişikliklər gözlənilir:

"Qeyri-rəsmi fəaliyyət, qeyri-leqal sahibkarlıq, kölgə iqtisadiyyatı bizim üzləşdiyimiz əsas problemlərdir və biz onların aradan qaldırılması üçün tədbirləri davam etdirəcəyik".