2020-ci ildən Xəzəryanı ölkələr arasında dəniz kruizləri təşkil oluna bilər


Digərləri 13 İyn 2019 12:50:00 258 0

2020-ci ildən Xəzəryanı ölkələr arasında dəniz kruizləri təşkil oluna bilər

2020-ci ildən Xəzəryanı ölkələr arasında dəniz kruizləri təşkil oluna bilər

Bakı. İlhamə İsabalayeva - Xəzər dənizində kruizlərin təşkilinə 2020-ci ildə başlanacağı gözlənilir. Bu, Xəzəryanı 5 dövləti əhatə edəcək. Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. Onun sözlərinə görə, Xəzər dənizində kruizlərin təşkili layihəsi tam olaraq Rusiyanın təşəbbüsü ilə həyata keçirilir. Azərbaycan və digər Xəzəryanı dövlətlər bu layihəyə dəstək olurlar.