Azərbaycanda qeyri-xammal ixracının artımı davam edir


Digərləri 13 İyn 2019 12:32:51 250 0

Azərbaycanda qeyri-xammal ixracının artımı davam edir

Son iki il ərzində Azərbaycanın qeyri-neft ixracı təxminən 35 faiz artıb

Bakı. Sara İsrafilbəyova - Son iki il ərzində Azərbaycanın qeyri-neft ixracı təxminən 35 faiz artıb. Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən 5-ci Avropa İttifaqı-Azərbaycan biznes forumunda deyib. Nazir bildirib ki, bu ilin birinci rübündə Azərbaycan iqtisadiyyatı 3 faiz, qeyri-neft iqtisadiyyatı 1,7 faiz, qeyri-neft sənayesi 16 faizdən çox, inflyasiya 2,1 faiz artıb: “Bizim hesablamalarımıza görə, 2019-cu ildə ümumi daxili məhsul 3,2 faiz artacaq”.