Qadın voleybolçularımız yenə uduzdu


İdman 13 İyn 2019 12:13:00 258 0

Qadın voleybolçularımız yenə uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması növbəti sınağına çıxıb.

Goal.az xəbər verir ki, Qızıl Avropa Liqası turnirində mübarizə aparan komandamız V tur çərçivəsində İspaniyanın qonağı olub.

Görüşün ilk setində ev sahibləri rahat qələbə qazanıblar. İkinci və üçüncü setdə komandamız müqavimət göstərsə də, bundan artığına gücü çatmayıb. Bununla da qrupun autsayderi olan yığmamız ardıcıl 5-ci məğlubiyyətini alıb.

Qızıl Avropa Liqası

C qrupu

V tur

İspaniya - Azərbaycan - 3:0 (25:12, 26:24, 25:22)

Valyadolid. "Polideportivo Municipal Huerta del Rey"