"Yanardağ" qoruğuna əcnəbi turistlər üçün giriş haqqı dəyişdiriləcək


Digərləri 13 İyn 2019 12:16:00 295 0

"Yanardağ" qoruğuna əcnəbi turistlər üçün giriş haqqı dəyişdiriləcək

Avqustun 1-dən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna əcnəbi turistlər üçün giriş haqqı dəyişdiriləcək

Bakı. İlhamə İsabalayeva - Avqustun 1-dən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna əcnəbi turistlər üçün giriş haqqı dəyişdiriləcək. Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Yanardağ" qoruğuna mediatur zamanı jurnalistlərə deyib. Onun sözlərinə görə, avqustun 1-dən əcnəbi turistlər üçün "Yanardağ"a giriş haqqı 9 manat olacaq: "Avqustun 1-dən qiymətlər fərqli olacaq. Yerli turistlər üçün qiymətlər yenə də 2 manat olacaq. Amma tələbələr üçün qiymət 1 manat, məktəblilər üçün isə pulsuz olacaq". Agentlik sədri qeyd edib ki, əcnəbi turistlər üçün qiymət artımı olsa da, buraya turist səfəri təşkil etməyi nəzərdə tutan və bununla bağlı uzunmüddətli müqaviləsi olan turizm şirkətləri üçün köhnə qiymətlər tətbiq ediləcək.