Qrizmannın yeni klubu açıqlandı


İdman 13 İyn 2019 11:52:00 272 0

Qrizmannın yeni klubu açıqlandı

Atletico-nun hücumçusu Antuan Qrizmannın yeni klubunun adına aydınlıq gəlib.

Goal.az xəbər verir ki, bunu Madrid klubunun icraçı direktoru Migel Anxel Xil Marin deyib.

O bildirib ki, komandadan ayrılmaq qərarını açıqlayan Fransa millisinin üzvü karyerasını PSG-də yox, Barcelona-da davam etdirəcək: "Hələ mart ayında biz bilirdik ki, Qrizmann Barcelona-ya keçəcək. O, gələn mövsümdən bu komandada oynayacaq".

Qeyd edək ki, bu transferin iyulun əvvəllərində rəsmən açıqlanması gözlənilir. Transfer Kataloniya klubuna 120 milyon avroya başa gələcək.