Şamaxıda taxıl sahəsində baş vermiş yanğın tam söndürülüb


Digərləri 13 İyn 2019 11:32:00 201 0

Şamaxıda taxıl sahəsində baş vermiş yanğın tam söndürülüb

Ötən gün rayon ərazisində biçilməmiş taxil sahəsində baş vermiş yanğın zamanı xəsarət alan olmayıb.

Bakı. Samir Əli - Ötən gün rayon ərazisində biçilməmiş taxil sahəsində baş vermiş yanğın zamanı xəsarət alan olmayıb. Bu barədə Trend-ə Şamaxı Rayon İcra Hakimiyyətindən deyiblər. Yanğınla bağlı bildirilib ki, ötən gün 23:00 radələrində Şamaxı rayonunun Göylər kəndinin ərazisində təxminən 150 ailəyə (600 nəfərə) məxsus 60 ha biçilməmiş, 100 ha biçilmiş taxıl və 40 ha otlaq sahəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən hadisənin qarşısının alınması, yanğının ətraf kəndlərə və ərazilərə yayılmaması istiqamətində operativ tədbirlər həyata keçirilib. Əraziyə Şamaxı, Qobustan, Hacıqabul, Ağsu, İsmayıllı və Kürdəmir rayonlarından yanğınsöndürmə texnikaları və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq texnikaları cəlb edilib. Yanğının bloklaşdırılması məqsədi ilə traktorlar vasitəsilə hadisə baş verən sahənin ətrafı şumlanıb, yanğının ətraf ərazilərə yayılmasının qarşısı tamamilə alınıb. Yanğın iyunun 13-də saat 04.20 radələrində söndürülüb.