Ali məktəblərə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayır


Digərləri 13 İyn 2019 11:39:24 61 0

Ali məktəblərə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayır

Ərizələrin qəbulu 2019-cu il iyunun 13-dən iyulun 17-dək (V ixtisas qrupu üzrə iyunun 13-dən 27-dək ) internet vasitəsilə aparılır.

Bakı. Ali məktəblərə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayır. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, elektron ərizələrin qəbulu 2019-cu il iyunun 13-dən iyulun 17-dək (V ixtisas qrupu üzrə iyunun 13-dən 27-dək ) internet vasitəsilə aşağıdakı qaydada aparılır. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Tələb olunan məlumatlar “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən onlayn əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar ilk olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə müraciət etməli və məlumatlarının sistemə daxil olunmasını təmin etməlidirlər. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar. Müsabiqədə iştirak ödənişsizdir. Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda – iyulun 24-dən avqustun 6-dək ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər. Subbakalvrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə iştirak edəcəklər. Məsələn: I,II,III və IV ixtisas qruplarının biri üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 200 balla (müəyyən ixtisaslar üzrə müvafiq olaraq 150 və 250 balla), V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 60 balla ixtisas seçimində iştirak edəcək. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçmək istəyən subbakalavrlar ixtisasların uyğunluğu cədvəlinə müvafiq olaraq, seçdikləri komissiya üzrə - V qrupa daxil olan bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və 14-cü komissiya-dizayn ixtisası üzrə iyunun 20-dən 28-dək, digər komissiyalar üzrə iyunun 20-dən iyulun 3-dək, I qrupa daxil olan memarlıq ixtisası üzrə iyulun 8-dən 13-dək Mərkəzin internet saytında qeydiyyatdan keçib qabiliyyət imtahanlarında iştirak edib məqbul qiymət almalıdırlar. İxtisas seçimi zamanı eyni bir yerə biri abituriyent digəri subbakalavr olmaqla iki nəfər iddia edərsə, bu zaman həmin yerə abituriyent qəbul olunacaq. Ancaq bir yerə iki subbakalavr iddia edərsə, o zaman aşağıdakı ardıcıllıqla qeyd olunan meyarlar üzrə göstərciləri daha yüksək olan subbakalavra üstünlük veriləcək: 1. Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG), 2. Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika,kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası. Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) və attestat üzrə yekun qiymətlərin ədədi ortası (AYQƏO) müvafiq orta ixtisas təhsili müəssisəsi tərəfindən “Tələb-məzun” dövlət elektron məlumat sisteminə daxil edilərək təsdiqlənməlidir.
"Azərbaycan kişisi bu deyil" like
  • 13 İyn 11:36  
Şou-biznes "Azərbaycan kişisi bu deyil"

Şəhərin mərkəzində yerləşən məkanların birində rəfiqəmlə oturmuş

arrow Ətraflı
Real Mendi ilə uzunmüddətli müqavilə imzaladı like
  • 13 İyn 11:33  
İdman Real Mendi ilə uzunmüddətli müqavilə imzaladı

Real Madrid növbəti transferini reallaşdırıb. 

arrow Ətraflı
Şamaxıda taxıl sahəsində baş vermiş yanğın tam söndürülüb like
  • 13 İyn 11:32  
Digərləri Şamaxıda taxıl sahəsində baş vermiş yanğın tam söndürülüb

Ötən gün rayon ərazisində biçilməmiş taxil sahəsində baş vermiş yan

arrow Ətraflı
Mahir: “Ailə başçısıyam, Ayişə də qızımdır”  VİDEO like
  • 13 İyn 11:32  
Digərləri Mahir: “Ailə başçısıyam, Ayişə də qızımdır” VİDEO

"Qarabağ"ın oyunçusu Mahir Əmrəli bacısı Ayişə Əmrəliyə do

arrow Ətraflı
Ərdoğan S400 məsələsində nöqtəni qoydu like
  • 13 İyn 11:27  
Dünya Ərdoğan S400 məsələsində nöqtəni qoydu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatı S-400 zenit-rake

arrow Ətraflı
Bərdədə Təcili Tibbi Yardım maşınına hücum edən şəxs saxlanılıb like
  • 13 İyn 11:26  
Digərləri Bərdədə Təcili Tibbi Yardım maşınına hücum edən şəxs saxlanılıb

Bərdədə Təcili Tibbi Yardım maşınına hücumda şübhəli bilinən kənd

arrow Ətraflı
"Yaman qan edirsən, gündəmdəsən" like
  • 13 İyn 11:23  
Şou-biznes "Yaman qan edirsən, gündəmdəsən"

Müğənni Xatirə İslam İnstaqram-da paylaşdığı fotoları ilə müzakirə

arrow Ətraflı
Azərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcək like
  • 13 İyn 11:18  
Digərləri Azərbaycanda pəhriz və uşaq qidalarının istehsalına nəzarət gücləndiriləcək

Səhiyyə Nazirliyinin “Azərbaycanda qida təhülkəsizliyinin təmin edilmə

arrow Ətraflı
Avtomobildə narkotik daşıyan şəxs saxlanılıb like
  • 13 İyn 11:18  
Kriminal Avtomobildə narkotik daşıyan şəxs saxlanılıb

Qaxda avtomobildə çətənə bitkisi daşıyan şəxs saxlanılıb.

arrow Ətraflı
Xəzərdə  zəlzələ oldu like
  • 13 İyn 11:16  
Digərləri Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.

arrow Ətraflı
Trend BİA VI Ümumdünya İnformasiya Agentlikləri Konqresində iştirak edir  FOTO like
  • 13 İyn 11:15  
Digərləri Trend BİA VI Ümumdünya İnformasiya Agentlikləri Konqresində iştirak edir FOTO

Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) media dünyasının ən mötəb

arrow Ətraflı
Baş prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin edildi like
  • 13 İyn 11:12  
Digərləri Baş prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin edildi

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin olunub.

arrow Ətraflı
Trend BİA VI Ümumdünya İnformasiya Agentlikləri Konqresində iştirak edir like
  • 13 İyn 11:09  
Digərləri Trend BİA VI Ümumdünya İnformasiya Agentlikləri Konqresində iştirak edir

Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) media dünyasının ən mötəb

arrow Ətraflı