Deputat: "Heydər Əliyev tarixin ona bəxş etdiyi xilaskarlıq missiyasını parlaq şəkildə gerçəkləşdirdi"


Siyasət 13 İyn 2019 11:14:00 73 0

Deputat: "Heydər Əliyev tarixin ona bəxş etdiyi xilaskarlıq missiyasını parlaq şəkildə gerçəkləşdirdi"

Ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışı təkcə müzəffər yürüş olmaqla qalmır. Ulu öndər qarşısında qalaqlanmış şər, yalan, iftira hasarlarını dağıtmalı, tərəddüd edənləri inandırmalı, tərəfdaşlarını başına yığmalı idi. Ulu öndərin dahiliyi onda idi ki, bütün bunların öhdəsindən gəlməklə yanaşı, milli dövlətçilik ənənələrini möhkəmlədərək bugünkü qüdrətli Azərbaycanın təməlini qoymağı bacardı. Heydər Əliyev üçün Vətən, xalq, torpaq, xalqın şərəf və ləyaqəti anlayışları ayrılmaz idi.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasından olan millət vəkili Hüseynbala Mirələmov deyib.

Deputat bildirib ki, bu gün 1993-cü ilin iyun günlərini xatırlamaq belə təlaş və vahimə doğurur:

"Həmin dövrün dəhşətli siyasi mənzərəsində nələr yox idi: Ermənistanın təcavüzü genişlənirdi, Azərbaycan strateji mövqelərini bir-bir əldən verirdi. Müharibə aparan ölkənin nizamlı ordusu yox idi. Siyasiləşdirilmiş ordu hissələrində intizamsızlıq, qarşıdurma əhval-ruhiyyəsi onun düşmənə qarşı döyüş qabiliyyətini heçə endirmişdi. Hakimiyyət kürsüsü uğrunda gedən çəkişmələr, qruplararası ziddiyyətlər, tayfa münasibətlərini kəskinləşdirən ədavət hissləri, xəyanət və satqınlıqlar dövlət idarəçiliyini heçə endirmişdi.

Əbülfəz Elçibəy prezident olsa da, heç bir siyasi nüfuzu qalmamışdı, Gəncədə Surət Hüseynov özünü hakimi-mütləq hesab edirdi. Ölkədə anarxiya, xaos hökm sürürdü. AXC-Müsavat cütlüyünün tərəfdarları özlərini az qala qoçular kimi aparırdılar, küçənin ortasında sorğu-sualsız əhaliyə divan tuturdular, öz despot "ədalət meyarları" çərçivəsində haqq-hesab çürüdürdülər... Aparılan daxili siyasətin nəticələri ağır idi. Milli münasibətləri qəsdən kəskinləşdirirdilər. Azərbaycan faktiki olaraq parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Ölkə sözün həqiqi mənasında vətəndaş müharibəsinin astanasında idi. Bu millətin əsgərləri torpağına göz dikən düşməndən daha çox, kürəyinə açıla biləcək "qardaş" gülləsindən ehtiyatlanırdı... Hakimiyyət ermənilərin işğalçı hücumlarının qarşısını almaq əvəzinə Gəncəyə hücum planı hazırlayırdı. 1993-cü ilin iyun günləri belə idi".

H.Mirələmov vurğulayıb ki, həmin illərdə dövlətin sabit xarici siyasət kursu olmadığından ölkənin beynəlxalq aləmdə nüfuzu heçə endirilmişdi, strateji baxımdan mühüm əhəmiyyət daşıyan qonşu ölkələrlə münasibətlərdə soyuqluq yaranmışdı:

"Müharibə aparan bir ölkənin iqtisadi durumu böhran həddinə çatmış, xarici iqtisadi əlaqələr pozulmuş və nəhəng sənaye müəssisələri dayanmışdı. Amma təlatüm və fırtınalar xalqın öz qəlbində yandırdığı ümid şamını söndürə bilmirdi. Böyük Azərbaycan ulu Naxçıvandan xəbər gözləyirdi, xalq öz əzəmətli sərkərdəsini soraqlayırdı. Heydər Əliyevi tanıyanlar əmin idilər ki, o, yeri gəlsə, canını qurban verər, ancaq Vətənini, torpağını, xalqını fəlakətdə qoymaz! Ən çətin və mürəkkəb məqamlarda belə xalqına sədaqətli olan, Vətəni Azərbaycanın və doğma xalqının taleyini öz taleyində yaşayan böyük vətəndaş nəhayət ki, qayıtdı, özünü xalqına yetirdi.

Heydər Əliyev tarixin ona bəxş etdiyi xilaskarlıq missiyasını parlaq şəkildə gerçəkləşdirdi. Ulu öndərin öz xalqı, dövləti üçün etdiklərini təkcə bugünkü deyil, gələcək nəsillər də dönə-dönə qiymətləndirəcək və rəhmət oxuyacaqlar.

Hazırda Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə inkişaf edərək qüdrətlənən, beynəlxalq aləmdə öz sözünü deməyi bacaran və sabitlik adası adlandırılan Azərbaycanın dünyanın mühüm beynəlxalq tədbirlərinə ev sahibliyi edən gözəl paytaxtında sizinlə 26 il öncəki hadisələri dəhşətli yuxu kimi xatırlayanda o qara günləri əyani şəkildə yaşamış biri kimi ürəyimin diqtəsi ilə dilimdən şükür və minnətdarlıq kəlmələri qopur: Nə yaxşı ki, bu xalqın Heydər Əliyev kimi fenomen övladı olub... Şükür ki, o, vaxtında qayıdaraq bu dövləti və xalqı xilas edib!".

Baş prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin edildi like
  • 13 İyn 11:12  
Digərləri Baş prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin edildi

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin olunub.

arrow Ətraflı
Trend BİA VI Ümumdünya İnformasiya Agentlikləri Konqresində iştirak edir like
  • 13 İyn 11:09  
Digərləri Trend BİA VI Ümumdünya İnformasiya Agentlikləri Konqresində iştirak edir

Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) media dünyasının ən mötəb

arrow Ətraflı
Yerli məşhurlar Ceyhunun oğlunun kiçik toyuna yığışdılar  VİDEO  FOTO like
  • 13 İyn 11:09  
Şou-biznes Yerli məşhurlar Ceyhunun oğlunun kiçik toyuna yığışdılar VİDEO FOTO

Ötən gün müğənni Ceyhun Qala oğlu Paşaya kiçik toy edib.

arrow Ətraflı
Şahin Mustafayev: "Azərbaycan Aİnin Cənubi Qafqazda əsas tərəfdaşıdır" like
  • 13 İyn 11:07  
Digərləri Şahin Mustafayev: "Azərbaycan Aİnin Cənubi Qafqazda əsas tərəfdaşıdır"

Avropa İttifaqı tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılan investi

arrow Ətraflı
Ölkənin reklam bazarında ilk – Hamı bu videodan danışır (FOTO/VİDEO) like
  • 13 İyn 11:00  
Digərləri Ölkənin reklam bazarında ilk – Hamı bu videodan danışır (FOTO/VİDEO)

İyunun 10-u saat 18:20-də Azərbaycanda “Full dəqiqəsi” olub.

arrow Ətraflı
Qara geyimli şəxs nədən danışır?  VİDEO like
  • 13 İyn 11:00  
Digərləri Qara geyimli şəxs nədən danışır? VİDEO

İyunun 10-u, saat 18:20-də Azərbaycanda "Full dəqiqəsi" olub. Bel

arrow Ətraflı
İstirahət mərkəzində biabırçı olay: like
  • 13 İyn 10:57  
Digərləri İstirahət mərkəzində biabırçı olay:

İspaniyanın məşhur istirahət mərkəzlərindən biri olan Maqalufda biabır

arrow Ətraflı
Şamaxıdakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA like
  • 13 İyn 10:53  
Digərləri Şamaxıdakı yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Şamaxı rayonunun Çöl Göylər kəndində 7 ha biçilməmiş və 30 ha biçil

arrow Ətraflı
AtaBank-ın müştəriləri banka gəlmədən bir sıra xidmətlərdən faydalana biləcəklər like
  • 13 İyn 10:50  
Digərləri AtaBank-ın müştəriləri banka gəlmədən bir sıra xidmətlərdən faydalana biləcəklər

“AtaBank” ASC müştərilərinə daha yüksək və operativ xidmət göstər

arrow Ətraflı
Taleh Yüzbəyov: “Belə cəmiyyətdə fahişəyə seks işçisi demək?”  FOTO like
  • 13 İyn 10:48  
Kriminal Taleh Yüzbəyov: “Belə cəmiyyətdə fahişəyə seks işçisi demək?” FOTO

Son.az azlogos-a istinadən, az qala, hər yeni işi ilə ciddi müzakirələr

arrow Ətraflı
Bakıda 16 yaşlı oğlan küçədə bıçaqlandı like
  • 13 İyn 10:46  
Kriminal Bakıda 16 yaşlı oğlan küçədə bıçaqlandı

Bakıda yeniyetmə küçədə bıçaqlanıb.

arrow Ətraflı
Ermənilərin mövqelərimizi minaatanlardan atəşə tutduğunun sübutu  FOTO like
  • 13 İyn 10:44  
Digərləri Ermənilərin mövqelərimizi minaatanlardan atəşə tutduğunun sübutu FOTO

İyunun 12-də düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə poz

arrow Ətraflı