Şeydayev üzr istədi: "Ağlamamışam..."


İdman 13 İyn 2019 09:56:00 241 0

Şeydayev üzr istədi: "Ağlamamışam..."

Krylya Sovetov (Rusiya) klubunun və Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Slovakiyaya böyükhesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyib.

Goal.az xəbər verir ki, "Facebook" səhifəsində paylaşım edən Şeydayev oyundan sonra müsahibə zamanı ağlaması ilə bağlı məsələyə də aydınlıq gətirib:

"Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz. Müsahibədə ağlamamışam, tərimi silirdim".

Azərbaycan millisi iyunun 11-də AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda Slovakiyaya 1:5 hesabı ilə məğlub olub. Matçda millinin yeganə qolunu Ramil Şeydayev vurub.