Ərdoğan S-400 məsələsində nöqtəni qoydu


Digərləri 13 İyn 2019 09:58:00 175 0

Ərdoğan S-400 məsələsində nöqtəni qoydu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatı S-400 zenit-raket komplekslərinin Rusiyadan alınması məsələsində nöqtəni qoyub.

Bakı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatı S-400 zenit-raket komplekslərinin Rusiyadan alınması məsələsində nöqtəni qoyub. Trend-in məlumatına görə, türkiyəli lider Rusiyadan alınan S-400-lərin artıq iyulda ölkəyə gətiriləcəyini bəyan edib. R.T.Ərdoğan deyib: "Mən demirəm ki, Türkiyə S-400 alır. Mən deyirəm ki, Türkiyə S-400-ləri artıq alıb və onlar gələn ay ölkəyə gətiriləcək".