Si Cinpin Qırğızstana dövlət səfərinə gedib


Dünya 13 İyn 2019 08:54:00 267 0

Si Cinpin Qırğızstana dövlət səfərinə gedib

Çin Xalq Respublikasının sədri Si Cinpin Qırğızstanın paytaxtı Bişkekə dövlət səfərinə gəlib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Çin Xalq Respublikasının sədri Si Cinpin Qırğız Respublikasına dövlət səfərinə gəlib".

Qeyd edilir ki, Manas beynəlxalq hava limanında Si Cinpini Qırğıstanın prezidenti Sooronbay Jeenbekov qarşılayıb: "Səfər çərçivəsində ÇXR sədri Si Cinpin prezidenti Sooronbay Jeenbekov ilə geniş tərkibdə görüş keçirəcək. Görüşün yekunları üzrə bir sıra ikitərəfli sənəd imzalanacaq".