Donald But xüsusi nümayəndə təyin edilib


Dünya 13 İyn 2019 08:40:00 231 0

Donald But xüsusi nümayəndə təyin edilib

Donald But ABŞ-ın Sudan üzrə xüsusi nümayəndəsi təyin edilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus deyin.

M.Ortaqus bildirib: "Donald Butun Sudan üzrə xüsusi nümayəndə təyin edilməsini sizə bildirməkdən şadam".

Rəsmi nümayəndə qeyd edib ki, 2013-2017-ci illərdə Sudan və Cənubi Sudan üzrə xüsusi nümayəndə vəzifəsində çalışan D.But hazırda Sudandadır və bu ölkədə vəziyyətin müzakirəsində iştirak edir.