Ərdoğandan vəd: "Məhv edəcəyik"


Dünya 13 İyn 2019 08:07:00 224 0

Ərdoğandan vəd: "Məhv edəcəyik"

Türkiyə Fəratın şərqindəki terror dəhlizini də məhv edəcək.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının iclasında çıxışı zamanı deyib.

T.Ərdoğan bildirib: "Biz Fəratın şərqində terror dəhlizini daha öncə Cerablus-Afrin xəttində və İraqın şimalında məhv etdiyimiz kimi məhv edəcəyik".

Rusiyada S-400 zeniot-raket komplekslərinin alınmasına toxunan ölkə başçısı qeyd edib ki, Türkiyə bu sistemləri artıq alıb: "Mən S-400 sistemlərini alacağıq demirəm. Mən bu sistemləri artıq almışıq deyirəm. Biz bu sistemləri birgə istehsalını nəzərdə tutan razılaşma imzalamışıq".