Ruhani: "İran müharibəni..."


Dünya 13 İyn 2019 07:41:00 222 0

Ruhani: "İran müharibəni..."

İran müharibəni birinci başlatmayacaq, lakin istənilən təcavüzə sarsıdıcı cavab verəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani Yaponiyanın baş naziri Şinzo Abe ilə görüşün yekunları üzrə deyib.

H.Ruhani bildirib: "İran regionun və dünyanın təhlükəsizliyi üçün əhəmiyyətli olan razılaşmaya sadiqliyini qoruyacaq (red. - Tehranın nüvə proqramı üzrə). Həm Tehran, həm də Tokio nüvə silahına qarşıdırlar".

İran prezidenti qeyd edib ki, ABŞ onun ölkəsinə qarşı iqtisadi müharibəni dayandırsa, Yaxın Şərq regionunda müsbət dəyişikliklər mümkündür: "Əgər biz bu gün regionda gərginlik görürüksə, bunun əsas səbəbi ABŞ-ın İran millətinə qarşı həyata keçirdiyi iqtisadi müharibədir. Bu müharibə bitəndən sonra, biz regionda və dünyada müsbət hadisələrin şahidi olacayıq".

H.Ruhani həmçinin bildirib ki, Yaponiya İran neftini almağa davam etmək istəyir.