Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı...


Digərləri 13 İyn 2019 07:48:00 255 0

Xaricdə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı...

Bu tədris ili ərzində xarici ölkələrdə dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı iki dəfədən çox azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, 2013-2014-cü tədris ilində xaricdə Azərbaycan vətəndaşı olan 3035 tələbə dövlət xətti ilə təhsil aldığı halda, 2017-2018-ci ildə bu rəqəm 1800-ə, 2018-2019-cu tədris ilində isə bu say daha da azalaraq 751-ə enib.

Azərbaycan vətəndaşları dövlət xətti ilə təhsil almaq üçün daha çox Türkiyənin ali təhsil müəssisələrini seçirlər. Ötən müddətə baxdıqda görmək olar ki, bu ölkədə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı təxminən 2 dəfə azalıb.

2013-2014-cü ildə Türkiyədə 1024 azərbaycanlı tələbə təhsil aldığı halda, 2017-2018-ci tədris ilində bu rəqəm 569, 2018-2019-cu tədris ilində 243-ə olub.

Azərbaycan vətəndaşlarının dövlət xətti ilə təhsil almaq üçün üstünlük verdiyi 2-ci ölkə Rusiyadır.

2013-2014-cü ildə Rusiyada 377 azərbaycanlı tələbə dövlət xətti ilə təhsil aldığı halda, 2017-2018-ci tədris ilində bu rəqəm 215-ə, 2018-2019-cu tədris ilində 184-ə enib.