"Break dance & Hip-Hop" rəqsləri üzrə müsabiqə keçirilib (FOTO)


Digərləri 13 İyn 2019 01:45:00 257 0

"Break dance & Hip-Hop" rəqsləri üzrə müsabiqə keçirilib (FOTO)

Bakı Olimpiya stadionunda Caspian Flava Crew təşkilatçılığı ilə Break dance & Hip-Hop rəqsləri üzrə “Caspian Style Jam” adlı müsabiqə keçirilib.

Bakı. Bakı Olimpiya Stadionunda Caspian Flava Crew təşkilatçılığı ilə Break dance & Hip-Hop rəqsləri üzrə “Caspian Style Jam” adlı müsabiqə keçirilib. Trend-in məlumatına görə, yarışmanın sponsorları: baş sponsor Zeytun bağları, Horss energy drink, Nero dance studio, Bakı Olimpiya stadionu və Eyzamoğlu bərbər shop. Yarışmaya təşkilatı Jam Group komandası tərəfindən göstərilib. Yarışma Break dance və Hip-hop üzrə yaş kateqoriyaları arasında keçirilib. Yaş kateqoriyasına 9 yaşdan 14 yaşadək kiçik, 14 yaşdan yuxarı böyük iştirakçılar qatılıb. Hip-hop üzrə kiçik yaş kateqoriyasında 30 iştirakçı qatılıb. Bunlar arasında seçim turları keçirilib və nəticə olaraq 16 uşaq seçilib. Bu uşaqlar arasında battle keçirilərək birinci yerin sahibi müəyyənləşdirilib. Birinci yeri Harmony Dance Studio tələbəsi Kamkilla qazandı, qalibə mükafat olaraq sertifikat və 200 Azn pul verilib. Break dance üzrə kiçik yaş kateqoriyasında 25 iştirakçı qatılıb. Bunlar arasında seçim turları keçirilib və nəticə olaraq 16 uşaq seçilib. Bu uşaqlar arasında battle keçirilərək birinci yerin sahibi müəyyənləşdirilib. Birinci yeri Harmony Dance Studio tələbəsi Bgirl Rumeysa qazanıb, qalibə mükafat olaraq sertifikat və 200 Azn pul verilib.