Ərdoğan: Biz Fəratın şərqindəki terror dəhlizini də məhv edəcəyik


Digərləri 13 İyn 2019 01:18:00 218 0

Ərdoğan: Biz Fəratın şərqindəki terror dəhlizini də məhv edəcəyik

Türkiyə Fəratın şərqindəki terror dəhlizini də məhv edəcək

Bakı. Türkiyə Fəratın şərqindəki terror dəhlizini də məhv edəcək. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının iclasında çıxışı zamanı deyib. T.Ərdoğan bildirib: "Biz Fəratın şərqində terror dəhlizini daha öncə Cerablus-Afrin xəttində və İraqın şimalında məhv etdiyimiz kimi məhv edəcəyik". Rusiyada S-400 zeniot-raket komplekslərinin alınmasına toxunan ölkə başçısı qeyd edib ki, Türkiyə bu sistemləri artıq alıb: "Mən S-400 sistemlərini alacağıq demirəm. Mən bu sistemləri artıq almışıq deyirəm. Biz bu sistemləri birgə istehsalını nəzərdə tutan razılaşma imzalamışıq".