Günün qoroskopu: Alışveriş məsləhət deyil


Digərləri 13 İyn 2019 00:01:00 226 0

Günün qoroskopu: Alışveriş məsləhət deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Gün ümumən uğurlu olsa da, kiçik problemlər, anlaşılmazlıqlar və uğursuz təsadüflər əhvalınızı korlaya bilər. Nikbin olun, ruhdan düşməyin. Çətinliklər müvəqqətidir. İşsiz oturmayın, çalışın. Maraqlandığınız işlə məşğul olun, real hədəfə çatmağa can atın. Ətalətli və tənbəl olmayın.

Passivlik səhhətinizə pis təsir edə bilər. Əks cins mənsubu ilə fikir ayrılığı istisna deyil. Yaxın ətrafınızdakı insanlardan biri sizə təzyiq göstərməyə, mövqeyi ilə zorla razılaşdırmağa çalışır. Məsləhətlər verməyin. Yanınızdakı insanlar məsləhət dinləmək istəmirlər.

Axşam saatlarında istirahət edin.

Buğa - Aktiv çalışmaq üçün əlverişli gündür. Mənzil və ya ev almaq, kirayəyə götürmək fikriniz varsa, işi təxirə salmayın. Amma ilkin danışıqlarda sayıq olun. Maliyyə məsələlərində sadəlövhlük etməyin. Etibarlı tərəfdaş və ya inandığınız insanla məsləhətləşin.

Səyahətə və ya səfərə yollanmaq, gərəkli əşyanı almaq olar.

Bütün addım və qərarlarınızda soyuqqanlı olun, məntiq çərçivəsində hərəkət edin Yaxın ətrafınızdakı insanlar sizi soyuq, laqeyd, qaraqabaq insan saysalar da, eyb etməz.

Axşam saatlarında yaşam tempini bir qədər aşağı salın.

Əkizlər - Uğurlu gün olmayacaq. Lakin günün ikinci yarısına yaxın əlverişli imkanlar yaranacaq. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün şansdan yararlanın. Planları həyata keçirin və ya nüfuzlu insanı işinizlə maraqlandırın. Səhhətinizə fikir verin. Qəza və ya travma riski var.

Günün ikinci yarısında aktiv olun, kiçik problemlər sizi qorxutmasın. Məişət texnikasının sıradan çıxma təhlükəsi realdır. Kiçik, amma dəyərli əşyanı itirə bilərsiniz.

Xərçəng - Sadə gün deyil. Yeni işlərə başlamaq, layihəyə start vermək, müttəfiqlər axtarmaq üçün düşərli zaman deyil. Aktiv çalışın, uzun-uzadı istirahət etməyin. İmiclə eksperimentlər etməyin. Allergik reaksiya riski var.

Əks cins mənsubu ilə ixtilaf yarana bilər. Alış-verişdə bədxərcliyə qapılmayın. Axşam saatlarında kiçik səfərə, təbiət qoynuna yollanmaq olar.

Şir - Günün ilk yarısında əlverişsiz emosional fon var. Əhvalınız dəyişəcək. Yaxın ətrafınızdakı insanlarla dil tapmaq çətinləşir, fikirlərinizdəki qarışıqlığı aradan qaldırmaq müşkül məsələyə çevrilir. Kiçik problemlər istisna deyil. Situasiyada ruhdan düşməyin, irəliyə doğru hərəkət edin.

Günün ikinci yarısı daha uğurludur. Yeni işlərə şövq və həvəslə başlasanız, tezliklə uğura nail ola bilərsiniz. Axşam saatlarında dəvət aldığınız tədbirə qatılın. Dost məclisində və ya tədbirdə özünüzü əla hiss edəcəksiniz.

Qız - Günün ilk yarısı bilik, bacarıq və təcrübənin artırılması, yeni informasiya alınması, faydalı təcrübənin əxz olunması üçün əlverişlidir.

İntellektual potensialınız yüksəkdir. Ciddi problemləri həll etməyə, çətin suallara cavab aramağa çalışın. Yaxın ətrafınızda olan insanlardan biri çətin vəziyyətə düşəndə məsləhət üçün sizə müraciət edəcək.

Günün ikinci yarısı diqqət, səliqə və konsentrasiya tələb edən işlər üçün yaxşıdır. Hesablamalar aparmaq, büdcəni planlaşdırmaq, maliyyə məsələlərini çözməklə məşğul ola bilərsiniz.

Tərəzi - Bütün məqsədlər əlçatan təsir bağışlayır. Fəqət qüvvə və potensialınızı olduğundan artıq saymayın, çətin işləri təkbaşına həll etməyə çalışmayın. Yaxın ətrafınızdakı insanın təklif etdiyi yardımdan boyun qaçırmayın. Birgə iş və əməkdaşlıq daha effektivdir. Sevdiyiniz insanla məşğul olduğunuz istənilən iş, münasibətləri möhkəmləndirəcək.

Günün ikinci yarısında xurafat qurbanı olaraq ciddi səhvə yol verməyin. Yaxın ətrafınızdakı insanların məsləhətlərinə qulaq asmaq əvəzinə öz intuisiyanıza güvənin. Yaxınlarınızın xoşuna gəlməyəcək addımların atılması ehtimalı var.