İsveçlilərin çoxu...


Digərləri 12 İyn 2019 23:52:00 60 0

İsveçlilərin çoxu...

İsveçdə aeroportlarının uçuş zallarında sərnişinlərin sayı get-gedə azalır, çünki yerli sakinlərin çoxu təyyarə əvəzinə qatardan istifadə etməyə üstünlük verir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu il İsveç aeroportlarında sərnişinlərin sayı 8 faiz azalıb. Bununla əlaqədar İsveçdə təzə bir söz dəb düşüb: "flygskam", yəni "biabırçı uçuş". Bu dəyişikliklər İsveçdə iqlim dəyişmələrinə qarşı mübarizə səylərinin artması fonunda baş verir. İqlim dəyişmələri getdikcə aşkar göründüyü üçün isveçlilər ətraf mühitdən ötrü zərərli hesab etmədikləri səyahət üsulunu seçirlər. Bu vəziyyətin aviasiya bazarına təsiri daxili reyslərdə xüsusilə ciddi hiss olunur. Cari ilin aprel ayında bu reyslərlə uçan sərnişinlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz azalıb. Bu yaxınlarda aparılmış sorğuda iştirak etmiş isveçlilərin orta hesabla hər dörd nəfərindən biri "planeti xilas etmək üçün uçmamağı qərara aldığını" bildirib.

Skandinaviyada uzunsürən soyuq qışdan sonra canlarını qurtarmaq üçün uzaq məsafələrə səyahət edən isveçlilər Avropada ən çox uçan millətlərdən biri idi. İndi isə onlar hətta uzaq səyahətlərə də qatarla getməyə üstünlük verir.

İqlim dəyişmələrinə qarşı mübarizənin fəallarından olan məşhur isveçli məktəbli Qreta Tunberq bu ilin əvvəlində Dünya İqtisadi Forumunun illik yığıncağında çıxış etmək üçün qatarla 65 saatlıq səfərə çıxıb. Qreta bütün dünyadakı insanları "məktəb tətilləri" keçirməyə ruhlandırıb. Bu ideyanın mahiyyəti ondan ibarətdir ki, məktəblilər cümə günləri dərsə getmək əvəzinə küçələrə çıxır, beləliklə siyasətçilərin və ictimaiyyətin diqqətini iqlim böhranı probleminə cəlb etməyə çalışırlar.

Qreta Tunberq Davos görüşündəki çıxışında deyib: "Mənə sənin ümidlərin lazım deyil. Mən istəyirəm ki, siz təşvişə düşəsiniz. Mən istəyirəm ki, mənim hər gün keçirdiyim qorxunu siz də hiss edəsiniz. İstəyirəm ki, sən hərəkət edəsən. İstəyirəm sən özünü elə aparasan ki, sanki evimiz od içindədir. Ona görə ki, bu, belədir".

Ötən il İsveçdə iki milyon əlavə dəmiryol reysi yerinə yetirilib. Gözlənildiyi kimi, bunun üçün onların dilində ayrıca söz var: "Tagskryt". "Qatarlarda lovğalanma" mənası verən bu söz başqalarını da buna sövq etmək istəyənlər tərəfindən sosial şəbəkələrdə geniş istifadə edilir.

Tramp G20 sammiti çərçivəsində Putinlə görüşmək niyyətindədir like
  • 12 İyn 23:48  
Dünya Tramp G20 sammiti çərçivəsində Putinlə görüşmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp Osakada keçirilən G20 sammiti çərçivəsində R

arrow Ətraflı
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səfər edib  FOTO like
  • 12 İyn 23:39  
Digərləri Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səfər edib FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səf

arrow Ətraflı
Tramp G20 sammiti çərçivəsində Putinlə görüşmək niyyətindədir like
  • 12 İyn 23:37  
Digərləri Tramp G20 sammiti çərçivəsində Putinlə görüşmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp Osakada keçirilən G20 sammiti çərçivəsində R

arrow Ətraflı
ABŞdan Türkiyəyə kritik səfər: like
  • 12 İyn 23:16  
Dünya ABŞdan Türkiyəyə kritik səfər:

ABŞ Dövlət Katibliyinin Terrorla Mübarizə üzrə koordinatoru Natan Sales T

arrow Ətraflı
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səfər edib (FOTO) like
  • 12 İyn 23:11  
Digərləri Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səfər edib (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səf

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşır like
  • 12 İyn 23:07  
Digərləri Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşır like
  • 12 İyn 23:00  
Digərləri Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Yunanıstanda vergi pozuntuları dronlar vasitəsilə sənədləşdirilir like
  • 12 İyn 22:58  
Dünya Yunanıstanda vergi pozuntuları dronlar vasitəsilə sənədləşdirilir

Yunanıstanın Santorini adasına Vergi Nazirliyi tərəfindən vergi pozuntular

arrow Ətraflı