Tramp G20 sammiti çərçivəsində Putinlə görüşmək niyyətindədir


Dünya 12 İyn 2019 23:48:00 295 0

Tramp G20 sammiti çərçivəsində Putinlə görüşmək niyyətindədir

ABŞ prezidenti Donald Tramp Osakada keçirilən G20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin ilə görüşmək niyyətindədir.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, D.Tramp sammit çərçivəsində həmçinin Çix Xalq Respublikasını sədri Si Cinpin ilə də görüşəcək.

Kremldən bildiriblər ki, D.Trampın Rusiya prezidenti ilə görüşmək istəyi barədə heç bir siqnal almayıblar.

Qeyd edək ki, G20 sammiti Yaponiyanın Osaka şəhərində 28-29 iyun tarixlərində keçiriləcək.